Rusiyadan Afrikaya göndərilən tonlarla ərzağı zibilliklərə niyə atıblar?

Afrikaya göndərilən minlərlə ton Rusiya məhsulu zibilliklərə atılır..

Poliqon “Arqumentı i faktı” nəşrinə istinadən xəbər verir ki, Keniyalı jurnalist Ceremi Simiyu və efiopiyalı iqtisadçı Aaro Emebet Afrikadakı yaşayış şəraitinin qidaların uzun müddət saxlanmasına imkan vermədiyini açıqlayıb və Rusiyadan göndərilən qida məhsulları adətən xarab olduğuna görə zibilliyə atılır.

Simiyu vurğulayıb ki, Afrikada yalnız sağlamlıq üçün təhlükəli olan məhsullar atılır.

“İnsan bu qidaları yesə, zəhərlənəcək və öləcək: hətta Afrikanın iqtisadi cəhətdən zəif ölkələrindəki aclıqdan əziyyət çəkənlər də bunu başa düşürlər. Təəssüf ki, mən dəfələrlə zibil qutusunda tuşenkası və rus unundan hazırlanmış bulka görmüşəm. Bu barədə danışmaq acıdır, amma bu, həqiqət budur”, deyə jurnalist bildirib.

İqtisadçı Aaro Emebet isə vurğulayıb ki, Afrikada Rusiyadakı kimi qidaları saxlamaq mümkün deyil. Bir çox yerli sakinlərin soyuducuları yoxdur və Afrikanın hər yerində qidanın keyfiyyətini qoruyaraq uzun məsafələrə daşımağa imkan verən soyuducu yük maşınları yoxdur.

İqtisadçının sözlərinə görə, Afrikada kifayət qədər soyuducu anbarlar da yoxdur, həmçinin sabit enerji təchizatı da yoxdur. Enerji sutkada altı-səkkiz saat söndürülür.

Poliqon.info