Qazax dili Oksford Universitetində tədris olunacaq

Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek Böyük Britaniyanın Oksford Universitetində qazax dilinin tədrisinə başlanılacağını açıqlayıb...

Poliqon xəbər verir ki, nazir bu barədə Qazaxıstan nümayəndə heyətinin Böyük Britaniyaya səfərindən sonra məlumat verib.

Nurbekin Facebook sosial şəbəkəsində yazdığına görə, nümayəndə heyəti Londonda Oksford Universitetinin nümayəndələri ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Londona səfəri çərçivəsində nazir Oksford Universitetinin Təhsil Departamentinin rəhbəri Maya Çankseliani ilə görüşüb. Nurbekin sözlərinə görə, görüş zamanı elmi təcrübələrin istiqamətləri və ali təhsil mərkəzlərinin inkişafı müzakirə olunub.

Poliqon.info