Yeltsin Klintondan Rusiyanı NATO-ya qəbul etməyi xahiş edib...

Yeltsin Klintona təklif edib ki, genişlənmə zamanı ilk növbədə Rusiya NATO-ya daxil olmalıdır...

1994-cü ildə Novo-Oqarevoda Amerika prezidenti Bill Klintonla görüşdə Rusiyanın keçmiş prezidenti Boris NATO-nun genişlənməsi halında alyansa birinci Rusiya qoşulmalmasını istəyib.

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi məlumat yayıb. Agentlik bildirir ki, məxfilikdən çıxarılan stenoqrama görə, Yeltsin beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ, Rusiya və Avropa ölkələrinin daxil olduğu hərbi kartel yaratmağı təklif edib.

Yeltsinin görə, Rusiyadan sonra Mərkəzi və Şərqi Avropanın digər ölkələri NATO-ya daxil olmalı imiş.

“RİA Novosti” yazır ki, Bill Klintonun bu təklifə cavabı çox təmkinli olub və sonrada Rusiyanın NATO-ya daxil olması ilə bağlı məsələni bur daha gündəmə gətirməyib.

Agentlik xatırladır ki, SSRİ-nin dağılacağını proqnozlaşdıran fransız tarixçisi Emmanuel Todd demişdi ki, Rusiya Qərb ölkələrinə hücum etməyi planlaşdırmır, çünki onun hərbi doktrinası ciddi müdafiə xarakteri daşıyır. Lakin NATO ölkələrinin demoqrafik və əhali baxımından üstünlüyünü nəzərə alaraq, Rusiyaya təhlükə yaranarsa, onun xalqı və dövləti taktiki nüvə silahı ilə qabaqlayıcı zərbə endirmək qərarına gələ bilər. Todd ümidvar olduğunu bildirib ki, Qərb liderləri bu doktrinadan xəbərdardırlar.

Poliqon.info