ABŞ-də ilk dəfə azotdan istifadə edilməklə edam cəzası icra olundu

Qeyd olunur ki, yeni üsulla edam 58 yaşlı Kennet Smit adlı şəxsə tətbiq edilib...

O, 1988-ci ildə Alabamada qadını boğaraq qətlə yetirməkdə təqsirli bilinib.

Şahidlərinin dediyinə görə, Smit son sözlərində deyib:

“Alabama insanlığı bu gecə geri addım atmağa məcbur edir... Məni dəstəklədiyiniz üçün təşəkkür edirəm. Hamınızı sevirəm”.

Edam ərzində Smiti ruhani rəhbəri müşahidə edib, edama məhkum edilən şəxsə xeyir-dua verib.(oxu.az)

Poliqon.info