ABŞ Cənubi Koreya ilə KXDR arasında silahlı münaqişəni istisna etmir

Şimali Koreya yaxın aylarda Cənubi Koreyaya qarşı hərbi əməliyyatlar keçirə bilər...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti ABŞ administrasiyasının rəsmilərinə istinadənməkumat yayıb. Rəsmilərin fikrincə, Şimali Koreya lideri Kim Çen Inın son bəyanatları “daha aqressiv” olub və ciddi qəbul edilməlidir.

Amerika rəsmiləri “Koreya yarımadasında tammiqyaslı müharibənin qaçılmaz riskini” görmədiklərini bildiriblər. Bununla belə, onlar hesab edirlər ki, Pxenyan “zərbələri sürətlə eskalasiyanın qarşısını alacaq şəkildə həyata keçirə bilər”. Nümunə kimi onlar 2010-cu ildə Cənubi Koreyanın Yeonpyonqdo adasının atəşə tutulması hadisəsini, o zaman KXDR və Cənubi Koreyanın artilleriya atəşi açdığını göstəriblər. Nəticədə hər iki tərəfdən bir neçə hərbçi və mülki şəxs həlak olub, lakin sonda atəş dayandırılıb.

ABŞ rəsmiləri hesab edir ki, Kim Çen In Rusiya ilə genişlənən tərəfdaşlığından çox güman ki, ruhlanır. Eyni zamanda, Amerika departamentləri Şimali Koreyanın hərbi əməliyyatlara və ya böyük müharibəyə hazırlaşdığına dair konkret əlamətlər hələ qeydə almayıb.

Poliqon.info