Türkiyə MTŞ: Dost və qardaş ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik

Türkiyə dost və qardaş ölkələrin ərazi bütövlüyünü dəstəkləyir...

“Report” "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasının nəticələrinə dair açıqlamada bildirilib.

Qeyd edilib ki, cari məsələlərin həlli istiqamətində müvafiq tərəflərlə təmaslarını davam etdirəcək.

Milli Təhlükəsizlik Şurasının 3 saat 45 dəqiqə keçən iclasında terrorla mübarizənin əsas istiqamətləri vurğulanıb.

“Məkanından asılı olmayaraq bütün terror təşkilatlarını hədəf almağa davam edəcəyik”, - ifadəsi yer alıb.

Bununla yanaşı, iclasda Rusiya-Ukrayna müharibəsinin dərhal atəşkəs və daimi sülhlə başa çatdırılmasının vacibliyinə diqqət yetirilib.

Poliqon.info