Oğuz, Zaqatala və Göyçayda vətəndaşlar odlu silahları könüllü təhvil veriblər

Qanunsuz saxlanılan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlər davam etdirilir...

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Poliqon-a verilən məlumata görə, Oğuz, Zaqatala və Göyçay Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində vətəndaşlar ümumilikdə 4 odlu silahı könüllü təhvil veriblər.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat zamanı isə rayon sakinindən qanunsuz olaraq saxladığı 1 ədəd ov tüfəngi götürülüb.

Poliqon.info