Polis Almaniyanın cənub-qərbindəki məktəbdə əməliyyat keçirib
Almaniyanın cənub-qərbindəki Sankt-Leon-Rot (Baden-Vürtemberq federal torpağında) icmasında yerləşən gimnaziyada məişət münaqişəsi polis əməliyyatına səbəb olub...
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Manheym polis idarəsinin məlumatında deyilir.
Bundan əvvəl bildirilmişdi ki, məktəb binasına 20-yə qədər polis maşını, xilasedicilər və psixoloqlar gəlib, helikopter cəlb olunub.
“Yerli saat 10:20-də məktəbə hücum olub, nəticədə bir məktəbli ölüb. Hazırda araşdırmalara görə, hadisə məişət zəminində baş verib, şübhəli şəxs şagirdlərdən biridir”, - məlumatda qeyd olunub.
Həmin şəxs hadisə yerindən qaçsa da, sonra saxlanılıb. 18 yaşlı şagirdi ölümündə onun həmyaşıdı şübhəli bilinir.
Poliqon.info