Britaniya ABŞ respublikaçılarını Ukraynanın tərəfinə keçirməyə çalışır

Böyük Britaniya Amerika respublikaçıları ilə işləyir, onları Ukraynanın tərəfinə keçməyə inandırır...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Kemeron həmkarları ilə birlikdə respublikaçılara müraciət etməyi özünə prioritet hesab edir, onları Ukrayna ilə bağlı mövqelərini dəyişməyə inandırmağa çalışır.

Ukraynanın siyasi mübahisələr fonunda "arxa plana" düşdüyü iddia edilən ABŞ-dan fərqli olaraq, Böyük Britaniyada bu mövqe müharibənin təxminən iki ili ərzində yekdil olaraq qalır. Britaniya sakinlərinin təxminən 68%-i fəal şəkildə Ukraynaya yardımın tərəfdarıdır. Digər 53% isə əmindir ki, yardım Kiyevə "lazım olduğu qədər" gəlməlidir. Nəşr bu mövqeyi britaniyalıların Rusiyanın öz ərazilərinə mümkün müdaxiləsi təhlükəsi hiss etməsi ilə izah edir.

Lakin NYT qeyd edir ki, bu yolla Britaniya təkcə öz vətəndaşlarını müdafiə etmir, həm də beynəlxalq arenada mövqelərini möhkəmləndirməyə çalışır. Öz qoşunlarını yerləşdirməyə ehtiyac olmadan Böyük Britaniya "nisbətən təvazökar xərclər" hesabına dünyanın liderlərindən birinə çevrilə bilər.

Poliqon.info