Əfqanıstanda qəzaya uğrayan Rusiya təyyarəsindən 1 milyon dollar oğurlanıb

Əfqanıstanın Bədəxşan əyalətində “Falcon 10” təyyarəsinin qəzaya uğramasından sonra 1,2 milyon dollar oğurlanıb...

Poliqon xəbər verir ki, bu barədə Əfqanıstanın "Hasht e Subh" nəşri bölgədəki mənbələrə istinadən yazıb.

Mənbənin sözlərinə görə, qəza yerinə ilk gələn qrup “Taliban” silahlı qüvvələrinin Baş Qərargah rəisinə bağlı olub.

Nəşrin məlumatına görə, oğurluqdan sonra Bədəxşan əyalətinin qubernatoru, Baş nazirinin müavini Məhəmməd Həsən Axundun göstərişi ilə faktların müəyyən edilməsi və işin araşdırılması üçün komissiya təyin edib. Əfqanıstan nəşrinin məlumatına görə, istintaq komissiyasına Bədəxşan vilayətində “Taliban” kəşfiyyat idarəsi rəhbərlik edir.

Hələlik nə “Taliban” nümayəndələri, nə də Rusiya rəsmiləri bu xəbəri şərh etməyiblər.

“Falcon 10” biznes-jeti ilə yanvarın 20-də axşam saatlarında əlaqə kəsilib. Təyyarə Rusiyanın “Athletic Group” şirkətinə və fərdi şəxsə məxsus olub. Təyyarə Qaya (Hindistan) – Daşkənd (Özbəkistan) – Jukovski (Rusiya) marşrutu üzrə təcili çarter reysi həyata keçiririb.

Ertəsi gün Federal Hava Nəqliyyatı Agentliyi təyyarənin Əfqanıstanda Tacikistanla sərhəd yaxınlığında qəzaya uğradığını bildirib. Biznes-jetin mühərrikləri sıradan çıxıb və o, dağın yamacına çırpılıb. Təyyarədə altı sərnişin olub. Dörd rus (iki pilot və iki tibb işçisi) sağ qalıb və Kabilə aparılıb. İki sərnişin hələ də tapılmayıb

Poliqon.info