Estoniyalı general: NATO Rusiyanın hərbi imkanlarını lazımi səviyyədə qiymətləndirməyib...

Estoniya Müdafiə Qüvvələrinin komandanı general Martin Herem deyib ki, NATO ölkələrinin Rusiya ordusunun tükənməsi ilə bağlı proqnozları özünü doğrultmayıb. Qərb prezident Vladimir Putinin silahlı qüvvələrini lazımınca qiymətləndirməyib...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Martin Herem vurğulayıb ki, Rusiya ildə bir neçə milyon artilleriya mərmisi istehsal etməyə qadirdir və bu da Avropanın potensialını xeyli üstələyir. Bu istehsal Qərb ölkələrində Ukraynada uzunmüddətli münaqişəyə hazırlaşmaq üçün xəbərdarlıq dalğasına səbəb olub.

"Bir çox insanlar rusların bundan irəli gedə bilməyəcəklərini düşünürdülər. Lakin indi faktlar bizə başqa söz deyir. Onlar daha çox, dəfələrlə çox sursat istehsal edə bilərlər", deyə Martin Herem bildirib.

Estoniya kəşfiyyatının hesablamalarına görə, yaxın 3-5 il ərzində Rusiyada hərbi istehsal o həddə çatacaq ki, bu, NATO üçün təhlükəyə çevriləcək. Eyni zamanda, mövcud qüvvələr balansı Şimali Atlantika Alyansında hərbi hazırlıqla bağlı narahatlıq doğurur.

Poliqon.info