Bakıda iki avtomobil toqquşub: Bir ölü, dörd yaralı var

Bakıda avtomobillər toqquşub...

APA xəbər verir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb. 1972-ci il təvəllüdlü Eldəniz Yaqub oğlu Məmmədovun idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobil 1971-ci il təvəllüdlü Asif Bəhram oğlu Qarayevin idarə etdiyi “Mercedes Vito” markalı avtomaşın ilə toqquşub.

Nəticədə “Mercedes Vito” markalı avtomobildə olan sərnişin 1978-ci il təvəllüdlü Rüstəm Vəzir oğlu Rüstəmov hadisə yerində ölüb, 1994-cü il təvəllüdlü Əbdül Mustafa oğlu Məmmədov, 1968-ci il təvəllüdlü Elmira Ələkbər qızı Vəliyeva, Eldəniz Yaqub oğlu Məmmədov və Əfsanə Qoçəli qızı İmanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.Fakta bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Poliqon.info