Nikki Heyli prezidentlik yarışından nə vaxt çəkiləcək?

Senator Kruz: Heyli Cənubi Karolinada keçirilən praymerizlərdən sonra prezidentlik yarışını tərk edəcək...

Texas ştatından olan respublikaçı senator Ted Kruz bildirib ki, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyi uğrunda mübarizə Donald Trampın qalib gələcəyi və rəqibi Nikki Heylinin yarışı tərk etmək məcburiyyətində qalacağı Cənubi Karolinada keçirilən praymerizdən sonra faktiki olaraq başa çatacaq.

Poliqon xəbər verir ki, senatarun sözlərini Fox News telekanalı sitat gətirib.

“Nyu Hempşir Nikkinin son cəhdi idi. O, bütün gücünü sərf etdi, arxasında bütün mötədil milyarderlər, heç vaxt Tramp tərəfdarı olmayan milyarderlər var idi və o, uduzdu”, deyə Kruz bildirib.

respublikaçı senator sözlərinə görə, hazırda Heyli prezidentlik yarışını ona görə tərk etmir ki, onun maliyyəsi var.

“Heylinin çeklərini yazan insanların çoxu Donald Trampa nifrət edir, lakin bu yarış Cənubi Karolinada bitəcək. Tramp qalib gələcək”, deyə Kruz əlavə edib.

Poliqon.info