ABŞ qoşunlarını Suriyadan çıxarmağı müzakirə etmir

Vaşinqtonun öz qoşunlarını Suriyadan çıxarmaq imkanını nəzərdən keçirməsi ilə bağlı məlumatlar etibarsızdır...

Poliqon xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndəsi məlumat verib.

Amerikalı hərbçi bildirib ki, ABŞ qoşunlarının Suriyadan çıxarılması ehtimalı ilə bağlı mediada yayılan məlumatlar yalandır və Vaşinqtonun belə bir planı yoxdur.

Yanvarın 24-də "Al Monitor" və daha sonra "Foreign Policy" jurnalı ABŞ-ın Suriyadan qoşunlarını tamamilə çıxarmaq imkanını nəzərdən keçirdiyini göstərən materiallar dərc edib. Bu xəbərlərə görə, Vaşinqton hazırda Amerika qoşunlarının Suriyadan nə vaxt və hansı şərtlərlə çıxarıla biləcəyini müzakirə edir.

Bundan əvvəl Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirmişdi ki, Moskva hələlik ABŞ-ın Suriyadan hərbi kontingentini çıxarmaq niyyətində olduğunu görmür.

Poliqon.info