Natiq Miri: Azərbaycan və Ermənistan sülh sazişini imzalamaqdan çox uzaqdırlar....

Dünən keçirdiyi mətbuat konfransında Ermənistanın xarici işlər naziri Azərbaycana qarşı bir sıra iddialar irəli sürüb...

Politoloq: “Sülhün olması üçün kənar dövlətlərin müdaxiləsi olmadan oturub danışmaq lazımdır və bu gün elə atmosfer yoxdur”.

“Ararat Mirzoyanın dünən səsləndirdiyi fikirləri isə mən hüquqi və siyasi cəhətdən əsasız hesab edirəm. Çünki hüquqi və siyasi olaraq Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irrəli sürüb və hazırda bu hüquqi aktlar ləğv edilməyib”.

Bu sözləri politoloq Natiq Miri Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü bir sıra iddiaları Poliqon-un əməkdaşı politoloq Natiq Miri ilə müzakirə edib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 2023-cü ilin nəticələri ilə bağlı dünən keçirdiyi mətbuat konfransında Azərbaycana qarşı bir sıra iddialar irəli sürüb.Xüsusilə Mirzoyan qeyd edib ki, Azərbaycan prezidentinin son açıqlamaları sülh prosesinə zərbə vurub. Mirzoyanın açıqlamalarından belə qənaətə gəlmək olar ki, İrəvan Bakı ilə sülh sazişi imzalamaq üçün qarşılılıqlı olaraq ərazi bütövlüyünün tanınmasıyla yanaşı sərhədlərin dəqiqləşməsini də istəyir.

Görünür, İrəvan hələ də ümid edir ki, sülh sazişi çərçivəsində Azərbaycan ordusu sərhəddəki yüksəkliklərdən geri çəkiləcək. Bunun baş verməyəcəyini isə prezident İlham Əliyev bir neçə dəfə bildirib.

Mirzoyanın dünənki açıqlamalarını necə dəyərləndirmək olar? Bu açıqlamalardan çıxış edərsək, Azərbaycan və Ermənistan sülh əldə etməkdən nə qədər uzaqdadırlar? Ermənistanın bu ziddiyyətli şərtləri fonunda sülhün bağlanması mümkün olacaqmı?

Azərbaycan və Ermənistan arasında gedən prosesləri Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Vasitəçilərlə mən inamıram ki, hər hansı irəliləyişə, sülhə çatmaq mümkün olsun. Çünki vasitəçilər öz maraqları daxilində sülhə hail olmaqdansa. daha çox sülhə mane olmağa çalışırlar”.

Söhbət əgər SSRİ-dən gedirsə, bu məsələlərin danışıqlar predmeti olmalı olduğunu düşünən politoloq bildirib ki, əgər torpaqlar Ermənistana peşkəş edilibsə, bu siyasi və yaxuddakı hüququ cəhətdən əsaslandırılmalıdır:

“Sülhün olması üçün kənar dövlətlərin müdaxiləsi olmadan oturub danışmaq lazımdır və bu gün elə atmosfer yoxdur. Doğrudur, müəyyən səviyyədə, Azərbaycanın Prezident Administrasiyası və Ermənistanın Baş nazir aparatı, o cümlədən Xarici İşlər Nazirlikləri arasında əlaqələr var. Ancaq bu yazışmalarla məsələ həll olunmur. Oturub üz-üzə konkret komissiyaların birgə işlədiyi bir mühitə ehtiyac var və bunun davamlı olması vacibdir. Bu kontekstdə yalnız sülhə gəlmək mümkündür. Vasitəçilərlə isə mən inamıram ki, hər hansı irəliləyişə, sülhə çatmaq mümkün olsun. Çünki vasitəçilər öz maraqları daxilində sülhə hail olmaqdansa. daha çox sülhə mane olmağa çalışırlar. Ermənistan da hazırda Qərb havadarlarının vasitəçilyini tələb edir ki, bu da sülhə mane olan əsas faktorlardan biridir.

Ermənistan qarşılıqlı olaraq tərəflərin ərazi bütövlüyünü tanınmasını tələb edir. Eyni zamanda bu sülh mətninə ərazi bütövlüyünün tanınması çərçivəsində sərhədlərin müəyyənləşməsində istifadə olunacaq hüquqi sənədlərin, konkret SSRİ dönəmində mövcud olan sənədlərin göstərilməsini istəyirlər. Bu da 1970-1991-ci illəri əhatə edəcək xəritələrdir ki, bu xəritələrlə delimitasiyaya gedilirsə, SSRİ dövründə Ermənistana verilən ərazilərin İrəvanda qalması deməkdir. Bu təqdirdə artıq Azərbaycan ordusu bir sıra strateji yerlərdən geri çəkilməlidir. Tarixi ədalət isə Azərbaycanın daha çox irəliləməsini tələb edir. Buna görə də, Azərbaycanhazırda durduğu mövqeləri danışıqlar predmeti etmək istəyir.

Eyni zamanda bir məsələ də var ki, Ermənistan Almatı bəyannaməsinə çərçivəsində Sovet dövründə sərhədlər hansı səviyyədə idisə, müstəqil olandan sonra da məhz bu sərhədlər çərçivəsində və buna uyğun xəritələr kontekstində sərhədlərin müəyyənləşməsini tələb edir. Ancaq burada da problemlər var. Çünki Almatı bəyannaməsini ilk pozan dövlət Ermənistan özü olub. Birincisı Ermənistan Almatı bəyannaməsi əlavələrlə imzalayıb. Ermənistan parlamentinin qəbul etdiyi bu əlavələrdə Qarabağ Ermənistanın ərazisi kimi göstərilib. Bu günə qədər Ermənistan dövləti bu əlavələrdən imtina etməyib. Qarşılıqlı ərazi tanınmasından danışan Ermənistan ilk növbədə bu kimi hüquqi sənədləri parlament və konstitutsiya səviyyəsində ləğv eləməlidir.

Natiq Miri: “Necə ola bilər ki, 9 min kvadratkilometr çərçivədə yaradılan bir dövlər sonralar 29,8 min kvadratkilometrə qədər böyüyüb. 20 min kvadrat kilometr torpaqları Ermənistan hardan əldə edib?”.

Eyni zamanda 1991-xi ildə Almatı bəyannaməsi imzalanandan sonra Ermənistan digər dövlətlərlə o cümlədən, Türkiyə və Gürcüstanla sərhədləri tanıyıb, ancaq Azərbaycanla sərhədləri tanımayıb. Bu gün məğlub durumdadırlar deyə, nəyə görə Ermənistan Azərbaycana bu sərhədlər çərçivəsində qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması üçün yalvarır.

Bundan başqa bir də başqa xüsus var. Əgər söhbət SSRİ xəritələrindən gedirsə və Ermənistan SSRİ-nin bu xəritələrinə böyük etimad göstərirsə, onda Azərbaycan da tələb edə bilər ki, məhz Azərbaycan və Ermənistan SSRİ tərfindən işğal olunduğu zaman olan sərhədlər bərpa olunsun. Çünki Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib. Yəni söhbət əgər SSRİ-dən gedirsə, bu məsələlər danışıqlar predmeti olmalıdır. Ona görə də mən düşünürəm ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalamaqdan çox uzaqdırlar.

Əgər bizim torpaqlarəmız Moskva tərəfindən Ermənistana peşkəş edilibsə, bu siyasi və yaxuddakı hüququ cəhətdən əsaslandırılmalıdır. Necə ola bilər ki, 9 min kvadratkilometr çərçivədə yaradılan bir dövlər sonradan 29,8 min kvadratkilometrə qədər böyüyüb. 20 min kvadrat kilometr torpaqları Ermənistan hardan əldə edibi? Bunlar əsaslandırılmalıdır. Əlbəttə ki, bunlar əsaslandırılmadan və Ermənistan bu fonda bəzi yersiz iddialarından vaz keçmədikcə, sülh mümkün olmayacaq. Buna görə də, sülh istəyirlərsə, müharibə, növbəti toqquşma istəmirlərsə, oturub danışmalıdırlar.

Ararat Mirzoyanın dünən səsləndirdiyi fikirləri isə mən hüquqi və siyasi cəhətdən əsasız hesab edirəm. Çünki hüquqi və siyasi olaraq Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irrəli sürüb və hazırda bu hüquqi aktlar ləğv edilməyib”.

Nərminə UMUDLU Poliqon.info