Erməni politoloq: Zəngəzurda hərbi əməliyyat olacaq və Qərb buna göz yumacaq...

ABŞ İranın Qafqaza girməsinə imkan verməyəcəyini bəyan edir və Türkiyənin Qafqaza girməsi onların maraqlarına uyğundur....

Poliqon Ermənistan mətbuatına əsasən xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.

Politoloq saxtakar erməni xislətinə sadiq qalaraq deyib:

“Qarabağda ermənilər “məhv ediləndə”, ABŞ bu barədə heç nə demədi, lakin onlar İran və Rusiyanın Qafqazda olmamasında maraqlıdırlar”.

Erməni politoloq hesab edir ki, “Orta dəhliz” iqtisadi məsələ deyil, hərbi-siyasi məsələdir.

“Bu, Türkiyə ilə Azərbaycanın birləşməli olduğu bir məsələdir, amma biz onların yolunun üstündəyik və buradan yoxa çıxmalıyıq. Onlara NATO üzvü olan, İstanbuldan Bakıya qədər böyük bir Türkiyə lazımdır . Yəni Qara, Aralıq və Xəzər dənizlərində NATO donanması olacaq və bizim rusiyalı tərəfdaşlarımız bu barədə düşünməlidirlər”, deyə Artur Xaçikyan qeyd edib.

Erməni politoloq hesab edir ki, Qərbin məqsədi və istəyi Qafqazın Türkiyənin nəzarətində olmasıdır.

“Sünik tədricən erməni nəzarətindən çıxmalıdır və buna addım-addım nail olmaq olar. Əvvəlcə deyəcəklər: zorla açmayın, amma bir növ dəhliz olmalıdır. Sonra Türkiyə və Azərbaycandan milyardlarla investisiyalar olacaq, daha sonra orada biznesləri olacaq”, deyə Xaçikyan əminliyin ifadə edərək əlavə edib ki, Qərb İranı məhz buna görə müharibəyə sürükləyir.

“Bəlkə də eskalasiya nəticəsində ABŞ-ın elan etdiyi kimi, İrana qarşı hava hücumları olacaq. İrana qarşı müharibə olarsa, o zaman İsrail, ABŞ, Böyük Britaniya, bəlkə də Fransa və Türkiyə bu münqaişədə iştirak edəcək. Mən bilmirəm, İran bu qədər qüvvəyə necə müqavimət göstərəcək? Rusiya bu vəziyyətdə İrana kömək edə bilməyəcək”, deyə politoloq vurğulayıb.

Xaçikyanın sözlərinə görə, İranla belə bir müharibə olarsa, Türkiyə və Azərbaycan Qərbə kömək təklif edəcək.

“Türkiyə və Azərbaycan Qərbə deyəcək ki, biz sizə kömək etmək istəyirik, amma bunun üçün Türkiyədən yüklər sərbəst şəkildə Azərbaycana geçməlidir ki, biz onlardan İrana qarşı istifadə edək. Hansısa bəhanə ilə dünyanı gözlərini yummağa məcbur edəcəklər və Süniki bir zərbə ilə alacaqlar. Türkiyənin və Azərbaycanın güc potensialı artır, bizimki isə azalır. Ətrafımızdakı vəziyyət getdikcə qeyri-sabitləşir. Bizim iki potensial müttəfiqləriimiz var idi və bunlar Rusiya ilə İran idi. İndi isə onların heç biri ilə sabit münasibətlərimiz yoxdur. Bəli, Ermənistanın cənubunda, Sünikdə hansısa hərbi əməliyyatın olacağı və dünya həmişə olduğu kimi buna göz yumacağı təhlükəsi var”, deyə ekspert fikrini yekunlaşdırıb.

Poliqon.info