Kuleba: Cəbhədəki vəziyyət bəlkə də iki il əvvəlkindən daha ağır və ciddidir...

Hazırda Ukraynada cəbhədə döyüş sursatının olmaması səbəbindən vəziyyət çətin olaraq qalır...

Poliqon xəbər verir ki, bunu Almaniyanın "Bild" nəşrinə müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Nazirin sözlərinə görə, vəziyyət çox ciddidir, bəlkə də, az qala iki il əvvəl Rusiya işğalı başlayandan bəri olduğundan daha ağırdır.

Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin əlavə edib ki, yanvarın 23-də səhər saatlarında baş vermiş kütləvi raket hücumu Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə və raketlərə ehtiyacı olduğuna sübutdur.

"Ukrayna hasilatı əhəmiyyətli dərəcədə artırsa da, bunu davam etdirsə də, biz hələ də görürük ki, Qərb müdafiə sənayesi kifayət qədər məhsul istehsal edə bilmir", deyə Kuleba bildirib.

Diplomat həmçinin əlavə edib ki, Ukraynanın ehtiyacları Qərb ölkələrinin müdafiə ehtiyaclarına uyğun gəlmir.

Poliqon.info