Populist anti-Avropa partiyaları AP seçkilərində qalib gələ bilər...

Populist anti-Avropa qüvvələri qarşıdan gələn Avropa Parlamenti seçkilərində böyük qazanc əldə edə, tarazlığı sağa çevirə və Avropa İttifaqı gündəliyinin əsas elementlərini təhlükə altına qoya bilər...

Poliqon xəbər verir ki, bu barədə The Guardian qəzeti yazıb.

"Avropa İttifaqına üzv olan 27 ölkənin hamısında keçirilən sorğular milli partiyaların keçmiş Avropa Parlamenti seçkilərində necə çıxış etdiyinə dair modelləşdirmə ilə birlikdə radikal sağ partiyaların Avstriya, Fransa və Polşa da daxil olmaqla doqquz ölkədə üstün olduğunu göstərir", deyə nəşr yazıb.

Həmçinin Almaniya, İspaniya, Portuqaliya və İsveç də daxil olmaqla daha doqquz ölkədə sağçı partiyalar ikinci və ya üçüncü yerləri tuta bilər. Mətndə deyilir ki, bu cür hadisələrin Avropa Parlamentinin Xristian Demokratlar, mühafizəkarlar və radikal sağçı deputatlardan ibarət sağçı çoxluq koalisiyasının yaranması ilə nəticələnəməsi mümkündür.

Politoloqlar Simon Hiks və Kevin Kunningem "Thr Guardian"a bildiriblər ki, məlumatlar Avropa siyasətçiləri üçün təhlükənin nə olduğu barədə oyanış zəngi kimi xidmət etməlidir.

Onların fikrincə, səsvermənin nəticələri çox geniş olacaq və Avropa Parlamenti Avropa Yaşıl Sövdələşmə ilə bağlı qanunları bloklaya və miqrasiya, genişlənmə və Ukraynaya dəstək daxil olmaqla, Avropa İttifaqının suverenliyinin digər sahələrində daha sərt mövqe tuta bilər.

Bundan əvvəl Avropa İttifaqının xarici siyasət rəhbəri Cozep Borrell naməlum və hərbi münaqişələrdən qorxaraq seçicilərin qarşıdan gələn Avropa Parlamenti seçkilərində sağçı populist partiyaları dəstəkləyə biləcəyindən narahatlığını ifadə etmişdi.

Poliqon.info