Ermənistanın parlament müxalifəti ilə nə Qərb, nə də Rusiya əməkdaşlıq etmir

Nə Qərb, nə də Rusiya Ermənistandakı parlament müxalifəti ilə əməkdaşlıq etmir...

Poliqon xəbər vrir ki. bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb. Qəzet qeyd edir ki, erməni müxalif deputatlar Ermənistanda faliyyətdə olan bütün səfirliklər üçün arzu olunmaz şəxslərdir və müxalif deputatlar bundan şikayətçidir.

“Parlamentarilərdən biri şikayət edib ki, müxalifət deputatları Ermənistanda akkreditə olunmuş, demək olar ki, bütün səfirlər üçün “persona non-qrata” olublar. Müxalifət görüş tələb edəndə ya cavab vermirlər, ya da aylar sonra deputatların səsləndirmək istədiyi məsələ aktuallığını itirəndə cavab verirlər. Bu arada, əvvəllər səs-küylü tədbirlər zamanı səfirlərin özləri müxalifət deputatları ilə təmasda olub, mövcud hakimiyyətə təsir göstərməyə çalışırdılar”, deyə nəşr qeyd edir.

Poliqon.info