Plan açıqlanır... - Rus ordusu Ermənistanı və Qazaxıstanı işğal edə bilər?

NATO-nun keçmiş Baş katibi deyib ki, Putin Ukraynada qalib gəlsə, növbəti addımda Moldova, Ermənistan və Qazaxıstanı işğal ediləcək...

Politoloq: “Artıq Rusiyanın Ukrayna cəbhəsində qalib gəlməsindən sonra həyata keçirilə bilən ssenarilər müzakirə olunur və növbəti hədəfin Moldova, Ermənistan, Qazaxıstan olması gözlənilir”.

“Düşünürəm ki, Rusiya bu cür addımla dünyada özü üçün daha geniş neqativlər toplaya bilər”.

Bu sözləri politoloq İlyas Hüseynov NATO-nun keçmiş bəBaş katibi Corc Robertsonun Rusiya haqqında son fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

NATO-nun keçmiş Baş katibi Corc Robertson deyib ki, Putin Ukraynada qalib gəlsə, növbəti addımda Moldova, Ermənistan və Qazaxıstanı təmizləyəcək, orada bufer-zona yaradacaq.

Bu iddia nə qədər real ola bilər? Həqiqətənmi, rus ordusu KTMT-də müttəfiqləri olan Ermənistanı və Qazaxıstanı işğal edə bilər?

Mövzunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Təhlükəsizlik seqmentinin Rusiya tərəfindən pozulması və dövlətlərə qarşı işğalçı planların həyata geniş anlamda rezonans yarada bilər”.

Kremlə qarşı olan basqılar, təpkilər və məhdudiyyətlərin bundan sonra daha da arta biləcəyini düşünən politoloq Poliqon-a açıqlamasında qeyd qeyd edib ki, buna görə də, bütün bu planlar bu gün NATO-nun keçmiş rəsmisi tərəfindən dilə gətirilirsə, Rusiyaya qarşı olan təbliğatın tərkib hissəsi kimi görünə bilər:

“Artıq Rusiyanın Ukrayna cəbhəsində qalib gəlməsindən sonra həyata keçirilə bilən ssenarilər müzakirə olunur və növbəti hədəfin Moldova, Ermənistan, Qazaxıstan olması gözlənilir. Bununla da Rusiya yeni bir ittifaq yarada bilər. Rusiya heç bu planlarını gizlətmir.

Moldova, Ermənistan, Qazaxıstanın təmizlənməsi və burada Rusiyanın yeni bir nizam yaratması planları bu gün İrəvanda, Kişinyovda, Astanada da müzakirə olunur. Eyni zamanda bu Qərbə güvənən, Qərbdə öz təhlükəsizlik strukturunu formalaşdırmaq niyyəti güdən dövlətlər üçün də bir çağırışdır.

İlyas Hüseynov: “Rusiyanın yeni bir nizam yaratması planları bu gün İrəvanda, Kişinyovda, Astanada da müzakirə olunur”.

Düşünürəm ki, Rusiya bu cür addımla dünyada özü üçün daha geniş neqativlər toplaya bilər. Bu günə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hərbi-siyasi blok kimi Qazaxıstanı və Ermənistanı da ətrafında birləşdirmişdi. Burada əsas meyar təhlükəsizlik idi. Təhlükəsizlik seqmentinin Rusiya tərəfindən pozulması və dövlətlərə qarşı işğalçı planların həyata geniş anlamda rezonans yarada bilər.

Bu xüsusda Kremlə qarşı olan basqılar, təpkilər və məhdudiyyətlər bundan sonra daha da arta bilər. Buna görə də, bütün bu planlar bu gün NATO-nun keçmiş rəsmisi tərəfindən dilə gətirilirsə, Rusiyaya qarşı olan təbliğatın tərkib hissəsi kimi görünə bilər”.

Nərminə UMUDLU Poliqon.info