Çində baş vermiş zəlzələdə 3 nəfər ölüb

Çinin şimal-qərbindəki Sincan-Uyğur muxtar bölgəsində baş verən zəlzələ 3 nəfərin ölümünə, daha 5 nəfərin yaralanmasına səbəb olub...

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin mərkəzi televiziyası məlumat yayıb.

Bundan əvvəl altı nəfərin öldüyü bildirilirdi. Məlumata görə, seysmik zonadan 12 mindən çox insan təxliyə edilib. Yeraltı təkanlar 50-yə yaxın evi dağıdıb, daha 78 binaya ziyan dəyib.

Qeyd edək ki, dünən Çində yerli vaxtla 02:09-da 7,1 bal gücündə zəlzələ baş verib. Ardınca maqnitudası 5,3-ə çatan afterşoklar yaşanıb.

Poliqon.info