“Nikosayağı”nın məhkəməsinə jurnalistlərin buraxılmamasının səbəbi məlum oldu - Video

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə keçirilən hazırlıq iclasına jurnalistlərin buraxılmamasının səbəbi məlum olub...

Pravda.az-ın əldə etdiyi məlumata görə, qohumları və yaxınları "Nikosayağı"nın səhhətindəki problemlərə və ağır qəzadan sonra onun mənəvi-psixoloji vəziyyətinə görə məhkəmə prosesinin ictimailəşdirilməsini istəməyiblər.

Qeyd: Hadisə 2023-cü ilin avqustunda qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya edilib.

Poliqon.info