Lukaşenko: Baltikyanı ölkələr Belarusda təxribatlar törətmək üçün dəstələr hazırlayır...

Belarus prezidenti bəyan edib ki, Qərb Belarusda təxribatlar üçün dəstələr hazırlayır...

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Qərb dövlətləri respublikaya qarşı təxribatlar üçün xüsusi dəstələr hazırlayır.

Poliqon xəbər verir ki, bu barədə BELTA məlumat yayıb. Agentlik qeyd edir ki, Belarus lideri müvafiq bəyanatla 2024-cü ildə dövlət sərhədinin mühafizəsi ilə bağlı qərarların təsdiqi zamanı çıxış edib. Lukaşenkonun sözlərinə görə, bu hazırlıq “xüsusi vəziyyət” səbəbindən zəruridir.

“Dövlət sərhədinin qorunması ilə bağlı bugünkü qərarın özünəməxsusluğu var, çünki bizdə xüsusi vəziyyət var: cənubda müharibə gedir, qərbdə Polşa, Litva, Baltikyanı ölkələr var və onalr daha da pisdirlər. Vurğulayıram: daha da pisdirlər. Orada müvafiq dəstələr hazırlanır, komandirlər müəyyənləşib”, deyə Belarus lideri bildirib.

Poliqon.info