Lavrov: Tramp ABŞ prezidenti olsa da, Ukraynada vəziyyət fərqli olmayacaq

Sergey Lavrov Trampın dövründə Ukraynada fərqli vəziyyətin yaranma ehtimalını dəyərləndirib...

Amerikanın keçmiş lideri Donald Tramp yenidən ABŞ prezidenti seçilsə, Ukraynada vəziyyət fərqli olmayacaq.

Poliqon xəbər verir ki, Tramp prezident olarsa Ukraynada başqa bir ssenarinin baş vermə ehtimalını Rusiyanın xarici işlər naziri Sergey Lavrov CBS telekanalına müsahibəsində dəyərləndirib.

“Heç bir fərq olacağını düşünmürəm, çünki Rusiya-Amerika münasibətlərinin pozulması tendensiyası, bu münasibətlərin əsasları, o cümlədən strateji sabitlik, paritet, qarşılıqlı etimad, təftişlər, şəffaflıq və digər məsələlərlə bağlı bütün sazişlər hələ kiçik Corc Buşun zamanında başlayıb”, deyə nazir qeyd edib.

Rusiya diplomatiyasının rəhbəri həmçinin vurğulayıb ki, ABŞ Rusiya prezidenti kimi Vladimir Putinin xoşməramlı nümayişinə məhəl qoymayıb. Onun sözlərinə görə, ABŞ-ın siyasi rəhbərliyi SSRİ-nin dağılmasından sonra Vaşinqtonun Moskvaya qarşı yürütdüyü “qəbuledilməz siyasətdən” heç bir dərs götürməyib.

Poliqon.info