Dəhşətli zəlzələ böyük qorxu yaşatdı: küçələr insanla doludur - Video

Xəbər verdiyimiz kimi, Çin və Qırğızıstan sərhədində 7 bal gücündə zəlzələ qeydə alınıb...

Milli.Az xəbər verir ki, zəlzələdən sonra əhali qorxu içində evlərini tərk ediblər.

Böyük həyəcan keçirən bina sakinləri küçələrə axışıb. Bu barədə görüntülər sakinlərin biri tərəfindən lentə alınıb.

Milli.Az sözügedən görüntüləri təqdim edir:

Qeyd edək ki, Özbəkistan Respublikasının Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Qırğızıstan və Çin sərhədində olub, yeraltı təkanların gücü 7 bal olub. Daşkəndin özündə isə 3 bal olub. Zəlzələ Əndican, Fərqanə və Namanqan rayonlarında da hiss olunub.

Poliqon.info