Narışkin ABŞ-ın Zelenskinin komandası ilə bağlıqara siyahısını açıqlayıb...

Sergey Narışkin: Zelenskinin komandasının bir hissəsi ABŞ-ın qara siyahısındadır...

Vladimir Zelenskinin komandasının onlarla yüksək rütbəli məmuru Ukrayna hökumətində ABŞ üçün arzuolunmaz şəxslər hesab edilir...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin deyib.

“Amerikalılar bu və ya digər bəhanə ilə Ağ Evin etimadını itirmiş şəxslərin rəhbər dövlət vəzifələrindən uzaqlaşdırılmasını tələb etdilər. Qara siyahıya Zelenskinin komandasından onlarla yüksək rütbəli ukraynalı məmurlar daxildir”, deyə Narışkin bildirib.

Bundan əlavə, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri qeyd edib ki, ABŞ-da Zelenskinin ətrafı ilə bağlı “ölümcül” korrupsiya dosyeləri var. O, əlavə edib ki, ABŞ-ın da Ukrayna prezidenti ilə bağlı kompromatları da var.

Qeyd edək ki, Sergey Narışkin bir müddət əvvəl ABŞ-ın Ukraynada müstəmləkə administrasiyası yaratmağa başladığını və bu hökümətə Qərb ölkələrində təlim keçmiş Ukrayna vətəndaşlarının rəhbərlik edəcəyini bildirmişdi.

Poliqon.info