Leninqrad vilayətində yüksək hazırlıq rejimi elan edilib

Leninqrad vilayətinin səlahiyyətliləri kritik infrastruktur obyektlərində yüksək xəbərdarlıq rejiminin tətbiq olunduğunu elan edib...

Poliqon xəbər verir ki, bu barədə vilayət administrasiyası öz Telegram kanalında məlumat yayıb. Məlumatda qeyd edilir ki, hüquq-mühafizə orqanlarına və təhlükəsizlik qüvvələrinə İHA-lar aşkar edilərsə, onları məhv etmək əmri verilib.

“Leninqrad vilayətinin bütün rayonlarında mühüm infrastruktur obyektlərində yüksək hazırlıq rejimi elan edilib. Mühafizə bölmələri və hüquq-mühafizə orqanlarına PUA-lar bitişik ərazilərdə aşkar edilərsə, onların məhv edilməsi barədə göstəriş verilib”, deyə məlumatda deyilir.

Qərarın səbəbləri barədə ayrıca məlumat verilmir.

Qeyd edək ki, cümə axşamı səhəri vurulmuş PUA-nın qalıqlarıı Sankt-Peterburq neft terminalının ərazisinə düşüb. Daha sonra Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, Rusiya hava hücumundan müdafiə sistemləri yanvarın 18-də Moskva vaxtı ilə saat 01:30 radələrində Leninqrad vilayəti ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçan aparatı vurub.

Poliqon.info