Türkiyə Qərb kəşfiyyatına qadağa qoyub

Qərb kəşfiyyat təşkilatları bundan sonra Ankaraya müvafiq məlumat vermədən Türkiyədə əməliyyat apara bilməyəcək...

Poliqon xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti adı açıqlanmayan diplomata istinadən məlumat yayıb.

Nəşrin köşə yazarı Fatih Çekirge qeyd edib ki, əvvəllər bu cür təşkilatlar Türkiyədə fəaliyyət göstərə, onların təyyarələri respublikaya uça, orada uzun müddət qala bilirdi. Lakin təyyarədə nə olduğu barədə məlumat verilmirdi.

Məqalə müəllifinin sözlərinə görə, Türkiyə hakimiyyəti ölkənin milli mövqeyinə uyğun olaraq bəyan edib ki, bu cür əməliyyatlar, xarici təyyarələrin gəlişi və uçuşu artıq Ankaraya müvafiq məlumat verilmədən həyata keçirilə bilməz.

Qəzetin mənbəsi Qərbin xüsusi xidmət orqanlarının Türkiyənin bu qərarına sərt reaksiya verdiyini və bunun İrana dəstək demək olduğu haqda söz-söhbətlər yaydığını, lakin Ankaranın öz prinsipial mövqeyində qaldığını bildirib.

Ötən il dekabrın əvvəlində İsrailin Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Şin Bet Ronen Bar bildirib ki, İsrail Qətər və Türkiyədəki HƏMAS liderlərini məhv etməyə hazırdır. Bundan sonra Ankara İsrailə xəbərdarlıq edərək, ölkə ərazisində hər hansı fəaliyyətə sərt şəkildə cavab verəcəyini bildirib. Yanvarın 3-də Türkiyə mediası və daha sonra rəsmilər ölkədə, əsasən İstanbulda İsrailin xeyrinə casusluqda şübhəli bilinən 34 nəfərin saxlandığını açıqlayıb.

Poliqon.info