Adil Əliyev general papağında - Foto

Milli Məclisin vitee-spikeri, deputat Adil Əliyevin Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində keçirdiyi görüşdə başındakı papaq diqqət çəkib...

Adil Əliyevin sözügedən görüşdən çəkilmiş fotoları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İzləyicilərdən bəziləri Adil Əliyevin başına taxdığı papağın general forması olduğunu iddia ediblər.

Qeyd edək ki, Adil Əliyev ehtiyyatda olan polis polkovnikidir.

Xatırladaq ki, ötən gün Milli Məclis sədrinin müavini Adil Əliyev şəhid ailələri və qazilərlə birlikdə 2 saylı uşaq evini ziyarət edib.

A.Əliyev şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edib.(Demokrat.az)

Poliqon.info