4 minə yaxın rəsm əsərinin olduğu fond yandı

Abxaziyada məşhur abxaz rəssamlarının 4000-ə yaxın əsərinin olduğu Milli Rəsm Qalereyasının bütün fondu yanıb...

Poliqon axar.az-a istinadən bildirir ki, bu barədə qondarma "abxaziya respublikası"nın "mədəniyyət naziri" Dinara Smır məlumat verib.

Onun sözlərinə görə, Suxumidəki Mərkəzi Sərgi Zalında yanğın gecə saatlarında başlayıb:

"Yanğınsöndürənlər ikinci mərtəbədə yanğını söndürə biliblər. Mərkəzin damı tamamilə yanıb. Bu tabloları heç vaxt bərpa edə bilməyəcəyik. Burada Aleksandr Çaçba-Şerşavidzenin 300-ə yaxın əsəri var idi. Bu, əvəzolunmaz itkidir, təəssüf ki, heç nə etmək mümkün deyil".

Smır bildirib ki, bütün ikinci mərtəbə tamamilə tüstü olduğu üçün nəyisə xilas etmək şansları olmayıb.

Poliqon.info