Lavrovun fikirləri və Rusiyanın Cənubi Qafqaz yanaşması...

Rusiya xarici işlər naziri keçirdiyi mətbuat konfransında Cənubi Qafqazdakı vəziyyəti şərh edib...

Politoloq: “Lavrovun artıq açıq şəkildə bu məsələri gündəmə gətirməsi və Paşinyanın üç tərəfli sövdələşmələrə əməl etməməsini xatırlatması bizim üçün əlverilşlidir”.

“Rusiya heç bir halda, Zəngəzur dəhlizinin Ermənistanın manipulyativ bəhanələri ilə ABŞ və Qərbin nəzarətinə keçməsinə imkan vermək istəmir”.

Bu sözləri politoloq Kamran Məmmədli Rusiya xarici işlər naziri Sergey Lavrovun bölgə ilə bağlı son fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Rusiya xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında Cənubi Qafqazdakı vəziyyəti, həmçinin Ermənistandakı və “Zəngəzur dəhlizi” ətrafında yaranmış vəziyyəti şərh edib. Bu şərhlərə görə Rusiyanın Cənubi Qafqaz yanaşmasını necə dəyərləndirmək olar?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Biz bu məsələyə Rusiyanı da qataraq Ermənistana qarşı siyasi təziqləri artırmalıyıq”.

Lavrovun təziqləri və Rusiyanın bu məsələdəki mövqeyinin bizim milli maraqlarımıza uyğun olduğunu xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu, bizim üçün, öz maraqlarımızı təmin etməmiz üçün əlavə fürsətdir

“Bildiyiniz kimi , rəsmi İrəvan Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmin edilməsi məsələsi ilə bağlı nəqliyyat-kommunikasiya xəttinə Rusiya sərhədçilərinin nəzarət etməsini istəmir və bu marşruta Ermənistanın təkbaşına nəzarət etməsinə çalışır. Bu da öz növbəsində Rusiyanın bölgədəki nüfuzuna xələl gətirmək ilə yanaşı, maraqlarınada ziddir.

Bu səbəbdən, Lavrovun artıq açıq şəkildə bu məsələri gündəmə gətirməsi və Paşinyanın üç tərəfli sövdələşmələrə əməl etməməsini xatırlatması bizim üçün əlverilşlidir. Biz bu məsələyə Rusiyanı da qataraq Ermənistana qarşı siyasi təziqləri artırmalıyıq. Çünki Rusiya heç bir halda, Zəngəzur dəhlizinin Ermənistanın manipulyativ bəhanələri ilə ABŞ və Qərbin nəzarətinə keçməsinə imkan vermək istəmir.

Bu bizim üçün, öz maraqlarımızı təmin etməmiz üçün əlavə fürsətdir deyə düşünürəm. Bu baxımdan Lavrovun təziqləri və Rusiyanın bu məsələdəki mövqeyi bizim milli maraqlarımıza uyğundur və bizdə paralel olaraq eyni tələbləri Ermənistandanda istəməliyik”.

Nərminə UMUDLU Poliqon.info