Bayden seçkilərdə gözlənilmədən Respublikaçılardan dəstək ala bilər

ABŞ-ın hazırkı prezidenti Co Bayden seçki kampaniyası zamanı bəzi respublikaçılardan dəstək ala bilər...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın The Hill qəzeti yazıb.

"Prezident Baydenin yenidən seçilmək iddiası gözlənilməz bir mənbədən kömək ala bilər: Respublikaçılar", deyə qəzet qeyd edib.

Qeyd olunur ki, bir sıra respublikaçılar və Donald Tramp administrasiyasının sabiq məmurları ümumi seçkilərdə revanş yarışında ABŞ-ın keçmiş prezidentinin əvəzinə Baydenə səs verəcəklərini birbaşa bəyan ediblər. Çünki onların fikrincə, Tramp Amerika demokratiyası üçün təhlükə yaradır. Respublikaçılar Partiyasının nə qədər nümayəndəsinin Baydeni dəstəkləməyə hazır olduğu dəqiq göstərilmir.

Qəzet həmçinin ABŞ-ın BMT-dəki keçmiş səfiri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Nikki Heylinin bir sıra tərəfdarlarının ümumi seçkilərdə Trampa görə Baydeni dəstəkləyəcəyini təxmin edir.

Poliqon.info