Husilər Rusiya və Çin gəmiləri üçün təhlükəsiz keçid vəd edib

Yəməndə fəaliyyət göstərən Ənsar Allah qruplaşmasının (husilər) Siyasi Bürosunun üzvü Məhəmməd əl-Bahiti iddia edib ki, Qırmızı dənizdə Rusiya və Çin gəmilərinə heç bir təhlükə yoxdur...

Poliqon xəbər verir ki, o, bu barədə "İzvestiya" qəzetinə müsahibəsində bildirib.

"Bütün digər ölkələrə, o cümlədən Rusiya və Çinə gəlincə, onların gəmiləri üçün regionda təhlükə yoxdur. Üstəlik, biz onların gəmilərinin Qırmızı dənizdə keçidinin təhlükəsizliyini təmin etməyə hazırıq, çünki sərbəst naviqasiya ölkəmiz üçün mühüm rol oynayır", deyə Məhəmməd əl-Bahiti husilərin tankerlə hücum etməsi ilə bağlı məlumatı şərh edərkən qeyd edib.

Onun sözlərinə görə, qrup Qırmızı dənizdə gəmiləri ələ keçirmək və ya batırmaq məqsədi daşımır, məqsəd İsrailin "Qəzzada qırğınlarını dayandırması" üçün iqtisadi xərcləri artırmaqdır.

O, həmçinin bəyan edib ki, Ənsar Allah sülhə hazırdır, lakin bunun üçün ABŞ və Böyük Britaniya Yəmənə qarşı təcavüzü dayandırmalı, Qəzza zolağında müharibə bitməli və dərman, yanacaq və qidanın fasiləsiz axını təmin etməlidir.

Poliqon.info