Tramp: Mən Kim Çen Inla da anlaşmışdım

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, prezidentliyi dövründə siyasi rəqibləri və həmkarları ondan qorxur və hörmət edirdilər, lakin o, Rusiya prezidenti Vladimir Putinlə yaxşı yola gedirmiş...

Poliqon xəbər verir ki, Tramp bunu Fox News telekanalında yayımlanan jurnalist Şon Hannitinin verilişinə müsahibəsində bildirib.

"Putinlə anlaşırdım. Bilirsiniz, Putin kimi insanlarla ünsiyyət qurmaq yaxşıdır... Sədr Si Tsinpin ilə danışırdım, onunla da əla münasibətim var. Hillari Klinton qalib gəlsəydi, Şimali Koreya, Kim Çen Inla nüvə müharibəsi aparacaqdınız. Amma mən onunla da anlaşdım", deyə Tramp bildirib.

Keçmiş Amerika prezidenti ağıllı siyasətçi hesab etdiyi Macarıstanın Baş naziri Viktor Orban haqqında da yüksək fikirlər səsləndirib.

Tramp həmçinin qeyd edib ki, prezidentlik dövründə layiqli reputasiyaya malik olub.

Poliqon.info