Abramoviçin ortağına sanksiya tətbiq etmək üçün Liz Trassa təzyiq olunub

Roman Abramoviçin ortağı olan iş adamı Yevgeni Şvidler Böyük Britaniyanın ona qarşı tətbiq etdiyi sanksiyaların ləğvi üçün mübarizəni davam etdirir...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Apellyasiya Məhkəməsində o, heç vaxt Rusiya vətəndaşlığına malik olmadığını iddia edib və 2022-ci ilin yazında Ukraynanın ərazi bütövlüyü, suverenliyi və ya müstəqilliyini təhdid edən hərəkətlərə görə ona qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin ləğvini tələb edib.

Böyük Yevgeni Britaniya Şvidleri "Evraz" və "Sibneft" şirkətləri ilə əlaqələndirir. Hesab edilir ki, o, Roman Abramoviçdən maliyyə alıb. Ötən ilin avqustunda milyarder sanksiyalara etiraz etməyə çalışdığı London Ali Məhkəməsində uduzub.

Yevgeni Şvidlerin vəkili iddia edir ki, Nəqliyyat Nazirliyi onun müdafiə etdiyi şəxsə qarşı sanksiyalar tətbiq etmək üçün Xarici İşlər Nazirliyinə təzyiq edib.

Biznesmenin vəkili David Anderson bu yaxınlarda açıqlanan sənədlərə istinad edərək bildirib ki, Nəqliyyat Nazirliyinin o vaxtkı rəhbəri, hazırkı müdafiə naziri Qrant Şapps həmin vaxtın xarici işlər naziri Liz Trassa müştərisinə qarşı sanksiyalar tətbiq etmək üçün təzyiq edib.

Həmçinin bildirilib ki, Böyük Britaniya rusiyalı iş adamı Oleq Tinkovun, eləcə də Roman Abramoviçin ortağı olan "Millhouse" şirkətinin rəhbəri Yevgeni Şvidlerin yaxta və təyyarələrinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Oleq Tinkov və Yevgeni Şvidlerin aktivləri martın 24-də dondurulub, "Sberbank"ın rəhbəri German Qref, onun müavini Aleksandr Vedyaxin, bank sədrinin keçmiş birinci müavini Lev Xasis və başqaları da analoji sanksiyalara məruz qalıb.

German Qref və həmkarlarının Böyük Britaniyaya girişinə qadağa qoyulub, Oleq Tinkov və Yevgeni Şvidlerin ölkəyə girişi üçün heç bir məhdudiyyət olmayıb. Eyni zamanda, onların təyyarə və yaxtalarının limanlara daxil olması, ölkənin hava məkanında uçması və Böyük Britaniyada hava limanlarına enişi qadağan edilib. İndi bu məhdudiyyətlər aradan qaldırılıb.

Poliqon.info