Hindistanda məktəblilərin olduğu qayıq göldə çevrilib, 16 nəfər ölüb

Hindistanın Qücərat ştatında qayığın göldə çevrilməsi nəticəsində 14-ü məktəbli olmaqla azı 16 nəfər həlak olub...

“Report” xəbər verir ki, bu barədə “The Hindu” qəzeti məlumat yayıb.

Hadisə Vadorada şəhəri yaxınlığında baş verib. Məktəblilərin olduğu qayıq Harni gölündə çevrilib, hadisə zamanı qayıqda 27-si uşaq olmaqla 34 nəfər olub.

Nəticədə 14-ü məktəbli və 2-si müəllim olmaqla 16 nəfər boğulub, ən azı 10 şagird xilas edilib.

Hindistanın baş naziri Narendra Modi və Qücəratın baş naziri Bhupendra Patel həlak olanların yaxınlarına başsağlığı verib. Həm mərkəzi, həm də regional hökumətlər onlara 600 min rupi (7,2 min ABŞ dolları - Red) məbləğində təzminat ödəyəcəyini açıqlayıb.

Poliqon.info