Mbappedən sensasion açıqlama: Avropanı tərk edir?

PSJ-nin hücumçusu Kilian Mbappe gələcəkdə Avropadan kənarda oynaya biləcəyinə işarə edib...

Poliqon publika.az-a istinadən xəbər verir ki, "Futbol tarixini yazan bir çox böyük oyunçular keçən yay Avropanı tərk etdilər. Biz yeni dövrə qədəm qoyuruq. Bir gün getmək növbəsi mənə də çatacaq.

Mən bu dəyişikliklərdən narahat deyiləm. Mən sadəcə karyeram və öz yolum haqqında düşünürəm", Mbappe GQ-ya müsahibəsində deyib.

25 yaşlı fransızın parislilərlə hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır. Futbolçunu transfer etməyə əsas namizədlər "Real" və "Liverpul"dur.

Poliqon.info