İraqın Baş naziri koalisiya qüvvələrini ölkəni tərk etməyə çağırıb

Baş nazir Məhəmməd əl-Sudani bir daha ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hərbçilərini İraqı tərk etməyə çağırıb...

"Report" "Al-Arabiya"ya istinadən xəbər verir ki, o, bunu Davos İqtisadi Forumunda bildirib.

"İraqın təhlükəsizliyi və sabitliyi üçün beynəlxalq koalisiya missiyasının başa çatması lazımdır. Bu, həm də İraq və koalisiya ölkələri arasında konstruktiv ikitərəfli münasibətləri saxlamaq üçün vacibdir”, - o qeyd edib.

Poliqon.info