Lavrov: Ermənistan Azərbaycandan Naxçıvana gedən yolda Rusiya sərhədçilərinin yerləşdirməsini istəmir

Ermənistan Azərbaycandan Naxçıvana gedən yolda Rusiya sərhədçilərinin yerləşdirməsini istəmir...

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

"Düşünürəm ki, 2020-2022-ci illərdə imzalanan bu üçtərəfli razılaşmaların qiymətləndirilməsinin vacibliyindən utanmaq lazım deyil. Ermənistan üçün Syunik vilayətindən keçməklə (Zəngəzur dəhlizi-red) marşrutun açılması kimi belə bir praktik, sərfəli bir şeyin hələ də kağız üzərində qalması çox kədərlidir", deyə Lavrov vurğulayıb.

Onun sözlərinə görə, bu marşrutun hələ də açılmamasının səbəbi İrəvanın mövqeyindədir, kimsə bu barədə İrəvana məsləhət verir:

"Avropa Birliyi, Fransa, Almaniya və ABŞ başa düşən kimi ki, Ermənistan-Azərbaycan prosesi nəticələr verir, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin hazırlanması ilə bağlı nəticələr var, dərhal dəvətsiz bu proseslərə daxil oldular və spoyler rolunu oynadılar".

Poliqon.info