ABŞ-nin yeni səfiri: "Azərbaycanda diplomatik fəaliyyətə başlamaqdan şərəf duyuram"

Mark Libbi (Mark Libby) ABŞ-nin Azərbaycana yeni təyin olunmuş səfiri kimi diplomatik fəaliyyətə başlamaqdan şərəf duyduğunu bildirib...

Poliqon xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

“Mən ABŞ-nin Azərbaycandakı səfiri kimi rəsmi işimə başlamaqdan şərəf duyuram. Azərbaycanı kəşf etməyi, Azərbaycan xalqı ilə görüşməyi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün çalışmağı səbirsizliklə gözləyirəm”, - diplomat bildirib.

Xatırladaq ki, bu gün Mark Libbi etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Poliqon.info