İran sərhəd bölgəsinə endirilən zərbələrlə bağlı Pakistandan izahat tələb edib

Tehran Pakistan Hərbi Hava Qüvvələrinin İrandakı hədəflərə raket hücumları ilə bağlı İslamabaddan izahat tələb edib...

Poliqon xəbər verir ki, bu barədə İranın təhlükəsizlik qüvvələrinin nümayəndəsi “Press TV” telekanalına məlumat verib.

Nümayəndənin sözlərinə görə, İran Sistan və Bəlucistan əyalətinin sərhəd kəndinə həyata keçirdiyi raket hücumları ilə bağlı Pakistandan dərhal izahat tələb edib.

Qeyd edək ki, bundan əvvəl Pakistan Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, Pakistan hərbçiləri antiterror əməliyyatı keçirib, bu əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına zərbələr endirilib. Regional hakimiyyət orqanlarının məlumatına görə, Pakistanın hücumu nəticəsində üçü qadın və dördü uşaq olmaqla 7 nəfər həlak olub. Onların hamısı əcnəbi olub.

Poliqon.info