Britaniya qeyri-qanuni miqrantların Afrika ölkəsinə qovulması haqqında qanun qəbul edib

Böyük Britaniya parlamentinin İcmalar Palatasının (aşağı palata) deputatları qanunsuz miqrantların Ruandaya qovulmasına dair qanun layihəsini üçüncü oxunuşda təsdiqləyiblər...

Poliqon xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qanun layihəsinin lehinə 320, əleyhinə 276 deputat səs verib. İndi sənəd Lordlar Palatasına (parlamentin yuxarı palatası) gedəcək, orada təşəbbüsə düzəlişlər təklif oluna bilər.

Böyük Britaniyanın baş naziri Rişi Sunakın ofisi qəbul edilmiş sənədi "qeyri-qanuni miqrasiya ilə mübarizə üçün krallığın parlamentində indiyə qədər nəzərdən keçirilən ən sərt qanun" adlandırıb. Onlar ümid etdiklərini bildiriblər ki, bu qanun qeyri-qanuni miqrantların Böyük Britaniya ilə Fransa arasındakı La-Manş boğazından təhlükəli keçidlərini çəkindirəcək.

2022-ci ilin yazında Böyük Britaniya hökuməti Ruanda ilə qeyri-qanuni mühacirlərin göndərilməsilə bağlı müqavilə bağlayıb. Afrika ölkəsi 140 milyon funt-sterlinq (178 milyon dollar) məbləğində təzminat alıb, lakin insanlar heç vaxt oraya göndərilməyib.

Krallığın hökumətinin məlumatına görə, 2022-ci ildə Böyük Britaniyaya La-Manş boğazı vasitəsilə rekord sayda - 45,7 min miqrant gəlib. Bu, 2021-ci illə müqayisədə 60% artım deməkdir.

Poliqon.info