Tramp: Baydenə şirniyyat mağazası da etibar etmək olmaz...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, Ağ Evin indiki rəhbəri Co Baydenə şirniyyat mağazası idarə etmək belə etibar edilə bilməz...

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat yayıb.

"Kiçik bir mağazanız olsaydı, məsələn, konfet, mağazanızı idarə etmək üçün Co Baydenə etibar edərdiniz? Cavab: Heç bir halda. Heç kim ona güvənmir və amma o, ölkəni idarə edir", deyə siyasətçi Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxışı zamanı bilidirib.

Tramp qeyd edib ki, Bayden Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Szinpin kimi güclü liderlərlə görüşlərdə ABŞ-ı təmsil edir.

Keçmiş prezident Baydenin siyasəti səbəbindən Birləşmiş Ştatların 1929-1939-cu illərdəki Böyük Depressiya ilə müqayisə oluna biləcək iqtisadi böhranla üzləşəcəyindən qorxduğunu bildirib.

Bundan əvvəl ABŞ-ın hazırkı prezidenti Co Bayden demişdi ki, Donald Trampın antidemokratik mövqeyi onu ikinci müddətə namizəd olmağa sövq edən amildir.

Xatırladaq ki, Tramp bu il keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından ən çox dəstəyə sahib olan namizəddir. Siyasətçi dəfələrlə bildirib ki, ona qarşı ittihamların irəli sürülməsi Bayden administrasiyasının seçkilərə müdaxilə cəhdidir.

Poliqon.info