Makron: İki il ərzində Avropa ölkələri suverenliklə bağlı qərar verməlidir

Önümüzdəki iki il ərzində Avropa İttifaqı (Aİ) və ona üzv olan ölkələr suveren olmaq istəyib-istəməmələrinə qərar verməlidirlər...

Poliqon xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron deyib.

Makron bu barədə Davos İqtisadi Forumunda çıxışı zamanı deyib. "2024 və 2025-ci illərdə Avropa ölkələri və bir struktur olaraq Avropa İttifaqı suveren olmaq istəyib-istəməyəcəyinə qərar verməli olacaqlar", deyə Makron qeyd edib.

Fransa liderinin sözlərinə görə, Avropa İttifaqı ölkələri həmçinin Ukraynadakı münaqişə, Avropa İttifaqından kənar qonşu ölkələrlə əməkdaşlıq, eləcə də Yaxın Şərq və Afrikada sülh və sabitliyin təmin edilməsi ilə bağlı qərarlar qəbul etməli olacaqlar.

Bundan əlavə, Makron sənayedə kömürdən imtinanı və süni intellekt, kosmos, kvant texnologiyaları və yarımkeçiricilər sahələrində inkişafı nəzərə alaraq yeni iş yerlərinin yaradılmasının vacibliyini qeyd edib.

Poliqon.info