Pakistanın hökumət başçısı İranla gərginlik səbəbindən Davosu erkən tərk edir

Pakistanın müvəqqəti baş naziri Ənvər-ul-Haq Kakar Davos İqtisadi Forumunu erkən tərk edərək İslamabada qayıdacaq...

Qərar Pakistan və İran arasındakı gərginlik fonunda qəbul edilib.

Bildirilir ki, vəziyyət gərginləşdiyindən Kakar səfərini yarımçıq qoyaraq bu gün ölkəsinə qayıdır.

Xatırladaq ki, yanvarın 16-da İran silahlı qüvvələri “Ceyş əz-Zolm” terror qruplaşmasının Pakistanda yerləşən iki qərargahına hücum edib. Pakistan bunu ölkənin hava məkanının pozulması adlandıraraq, bu cür hərəkətlərin ciddi nəticələrə gətirib çıxara biləcəyi barədə İrana xəbərdarlıq edib. Yanvarın 18-də Pakistan Silahlı Qüvvələri İranın Sistan və Bəlucistan əyalətindəki terrorçuların sığınacaqlarına silsilə hücumlar həyata keçirib.

Poliqon.info