Conson Ukraynaya yardımın qarşısının alınması şərtlərini açıqlayıb

ABŞ Konqresi Ukraynaya yardımın vacibliyini qəbul edir, lakin administrasiyanın fəaliyyət strategiyası hazırlamasını və pula nəzarəti gücləndirməsini gözləyir...

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının spikeri Mayk Conson Ukraynaya yardımın nə zaman tədiqləcəyi barədə danışırən bildirib.

Hazırda Vaşinqton etiraf edir ki, ABŞ-ın artıq Ukraynanı silahla dəstəkləməyə pulu yoxdur. Bu barədə Ağ Evin sözçüsü Con Kirbi bəyan edib. Onun sözlərinə görə, Kiyevin gələcək maliyyələşdirilməsi tamamilə Konqresdən asılıdır.

Ağ Ev fəal şəkildə Konqresi Ukraynaya 60 milyard dollar məbləğində yeni yardım paketlərini təsdiqləməyə inandırmağa çalışır. Bununla belə, bir qrup Respublikaçı qanunverici ABŞ administrasiyasının məsələ ilə bağlı “müəyyən strategiyası” səbəbindən buna qarşı çıxmaqda davam edir.

Jurnalistlər maliyyənin nə zaman təsdiqlənəcəyini soruşduqda Mayk Conson, “Görəcəyik”, deyə cavab verib. Eyni zamanda, spiker bu məsələnin əhəmiyyətini və “Vladimir Putinin dünya nizamına yaratdığı təhlükəni” anladığını qeyd edib.

“Ancaq vergi ödəyicilərinin pullarının güclü idarəçiləri olmaq kimi öhdəliyimiz də var. Mən deyirəm ki, bu məsələdə status-kvo qəbuledilməzdir. Biz aydın strategiyanı ifadə etmədən milyardlarla dollar xərcləyə bilmərik. Son məqsəd nədir, əldə etməyə çalışdığımız nəticə nədir, Amerika vergi ödəyicilərinin qiymətli dollarlarını necə cavabdehlikdə saxlayaq? Bu sualların cavabı verilməlidir”, deyə Conson əlavə edib.

Poliqon.info