ABŞ Yəmənin husilərin nəzarətində olan hissələrinə yeni zərbələr endirib

ABŞ silahlı qüvvələri Ənsar Allah hərəkatının (husilərin) nəzarətində olan Yəmən ərazisinə bir sıra zərbələr endirib...

Poliqon xəbər verir ki, bu barədə CBS News telekanalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Zərbə Qırmızı dənizdə husilərin gəmilərə hücumlarının cavabı olaraq həyata keçirilib. ABŞ Mərkəzi Komandanlığının nümayəndəsinin sözlərinə görə, zərbələr “Ənsar Allah”ın bir neçə hərbi obyektinə endirilib.

ABŞ-ın Yəmənə hərbi zərbələri ilə bağlı məlumatı husilərin nəzarətində olan №Əl-Məsirə№” telekanalı da təsdiqləyir. Onun məlumatına görə, xüsusilə Damar, Saada, Taiz, Hodeyda və Əl-Bayda əyalətləri hücuma məruz qalıb.

Poliqon.info