ABŞ-ın Ukraynaya yardım göstərmə şansları...

Senator Çak Şumer Ukraynaya ardımla bağlı razılığın əldə olunması şansını 50% qiymətləndirib...

ABŞ Senatındakı Demokratik Əksəriyyətin lideri Çak Şumer bildirib ki, Konqresdə Ukraynaya yardımın maliyyələşdirilməsi üçün vəsaitin ayrılması ilə bağlı razılığa gəlmək şansı 50% və "hətta bir az da yüksək" olaraq qiymətləndirilə bilər.

Poliqon xəbər verir ki, bunu demokrat senatorların lideri Konqres rəhbərliyinin prezident Co Baydenlə görüşündən sonra bildirib.

“Mən razılığa gəlmək perspektivləri ilə bağlı həmişəkindən daha optimistəm. Fikrimcə, bunun baş vermə ehtimalı 50%-dən çoxdur. Bunu ilk dəfədir deyə bilirəm. İlk dəfədir ki, inanıram ki, Senatda buna nail olmaq şansı buna nail olmamaq şansından daha yüksəkdir”, amerikalı senator vurğulayıb.

Eyni zamanda, siyasətçi aydın şəkildə bildirib ki, konkret saziş layihəsinin işlənib hazırlanmasına yenicə başlanılıb və yardım üçün pul ayrılması ilə bağlı razılaşmanın vaxtı barədə danışmaq hələ tezdir.

Şumer həmçinin vurğulayıb ki, Ukraynadakı vəziyyət artıq pisə doğru dəyişir və Birləşmiş Ştatlar Kiyevə təcili yardım göstərməsə, onda hər şey geri dönməz şəkildə dəyişə bilər.

Poliqon.info