Sumqayıtda yataqxanadakı yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb- Foto, Video

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş verən yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib...

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

Əlavə məlumat veriləcək.

***

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğına əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.

Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən bildirilib.

Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

***

“Report”un xəbərinə görə, əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri və təcili yardım cəlb olunub.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, yataqxana binasında baş verən yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb ediliblər.

Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***

Sumqayıt Dövlət Texniki Kollecin binasında baş verən yanğınla bağlı açıqlama verilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat yayıb.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

 

Poliqon.info