Bakı ən yaxşı qida məkanları siyahısında - Foto

2023-cü il üzrə dünyanın ən yaxşı qida məkanlarının adları məlum olub...

Poliqon qafqazinfo.az-a istinadən xəbər verir ki, tanınmış səyahət platforması "Tripadvisor"da 2023-cü il ərzində turistlər arasında qida məkanları ilə bağlı səsvermə keçirilib.

Nəticələrə əsasən Bakı dünya miqyasında qida məkanları siyahısında 13-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahı sayt istifadəçilərinin rəy və fikirlərinə əsaslanır və minlərlə şəhər arasından qida məhsullarının əlçatanlığına görə 25 şəhər "Best of the Best" mükafatına layiq görülür.

"Tripadvisor" turistlər üçün maraqlı məkanları, ən yaxşı otelləri, yemək üçün uyğun restoranları tövsiyə edir.

Platformanın 8 milyonluq siyahısının cəmi 1 faizdən az hissəsi "Best of the Best" mükafatına layiq görülür ki, bu da səyahətdə ən yüksək mükəmməllik səviyyəsini göstərir.

Poliqon.info